Şamaxı sakinini elektrik cərəyanı vurub

Şamaxı sakini bədbəxt hadisə nəticəsində ölüb.


Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Şamaxı rayonunun Çarhan kəndi ərazisindəki üzüm bağlarında fəhlə işləyən Mənsurə Babayeva oradakı yardımçı otaqda elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri