Niyam Salami sumqayıtlılardan üzr istədi

Niyam Salami sumqayıtlılardan üzr istədi Müğənni Niyam Salaminin Sumqayıtda yaşayanlarla bağlı dediyi "nəxənəy" (hər şeyi müftə əldə etməyə çalışan, fürsətcil şəxslərə deyilir) kəlməsi qalmaqala səbəb olub.


Ifaçı söz-söhbətə aydınlıq gətirərək, üzr istəyib:


"Bu gün xoşagəlməz sözlərlə qarşılaşdım. Dostlar, məni tanıyanlar bilirlər ki, mənim heç vaxt heç kimlə işim olmayıb. 3 il bundan əvvəl Xırdalanda yaşayanda evimdən oğurluq edildi. Amma mən həmin adamı polisə vermədim. Hətta o, başqa oğurluq üstündə tutulanda da buna sevinmədim. Sadəcə, o gün mənə oğurluqla bağlı sual verildi, yaram təzələndi və əsəbləşib yarızarafat bunu avara uşaqlara demişəm. Əgər bu kəlməm kimlərəsə pis təsir edibsə, mən onlardan üzr istəyirəm".




Şərhlər
Şou-biznes bölməsinin xəbərləri