Azərbaycanlı ifaçı İrem Derici və Sinan Akçılla duet oxuyacaq.
Türkiyəli məşhur müğənni Mustafa Cecelinin qardaşı Sinan Ceceli maraqlı açıqlaması ilə diqqət çəkib.
Belə ki, eksklüziv olaraq ARB TV-nin "Türk şou-maqazin" proqramına danışan Sinan 3 tanınmış sənətçinin bir araya gələrək duet oxuyacaqlarını bildirib: "İrem Derici, Sinan Akçıl və Miri Yusif. Üç böyük sənətçi bir mahnının içərisində olacaq. Bu da Türkiyədə bir ilkdir. Məhz buna görə də çox xoşbəxtəm. Bu bizim birliyimizi göstərir".
Qeyd edək ki, "Türk şou-maqazin" proqramı hər həftənin şənbə günü saat 21:00-da ARB TV-də yayımlanır.