Türkiyədə Konstitusiya dəyişikliyi barədə referendumun vaxtı açıqlanıb
- 11.02.2017, 17:19,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə Konstitusiya dəyişikliyi barədə referendum aprelin 16-da keçiriləcək.
APA-nın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Yüksək Seçim Qurumu sədri Sədi Güvən açıqlayıb.
Qeyd edək ki, referenduma çıxarılan Konstitusiya dəyişikliklərinə əsasən, Türkiyə parlament respublikasından prezident respublikasına çevrilir. Baş nazir postu ləğv olunur.