Azərbaycanda körpə və erkən yaşına çatmamış uşaqlardan reklam məqsədilə istifadə qadağan olunacaq
- 29.06.2013, 16:39,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda körpələr və erkən yaşına çatmamış uşaqlar üçün süni qida məhsullarının reklamında ciddi qadağalar tətbiq olunacaq.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanmış “Reklam haqqında” qanunda əksini tapıb.
Yeni qanunun 30.2.2 maddəsində deyilir ki, qeyd olunan məhsullar barədə reklam xarakterli məlumatların hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayılması qadağandır. Bundan başqa, körpələr üçün süni qida məhsullarının satış-sərgisinin və xüsusi nümayişinin reklam məqsədilə təşkil olunmasına da yeni qanunda icazə verilmir.
Qanunun 30.2.3 maddəsində isə göstərilir ki, reklamda körpələrin və erkən yaşına çatmamış uşaqların təsvirindən istifadə olunması qadağan olunur.
Azərbaycan prezidentinin imzası ilə daxil olan qanun layihəsi artıq Milli Məclisin İqtisadi siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iyunun 21-də keçirilən birgə iclasında müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə olunub.
Layihə Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.