Azərbaycanda meşə torpaqlarının icarəyə verilmə müddəti 5 dəfə artırılır
- 13.02.2017, 11:32,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda meşələrin bərpası məqsədi ilə torpaqların icarəyə verilmə müddəti 5 dəfəyədək artırılır.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Meşə Məcəlləsinin 22-ci maddəsinə dəyişiklik edilir.
Dəyişikliyə əsasən, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədi ilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) müqavilə əsasında müvafiq icra hakimiyyəti tərəfindən 1 ildən 49 ilədək icarəyə verilə biləcək.
Hazırda isə bu müddət 1 ildən 10 ilə qədərdir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və fevralın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
APA