"Azərbaycan Dəmir Yolları"nın tabeliyindəki bir neçə təşkilat ləğv olunub

"Azərbaycan Dəmir Yolları"nın tabeliyindəki bir neçə təşkilat ləğv olunub "Azərbaycan Dəmir Yolları" QSC-nin tabeliyində fəaliyyət göstərən bir neçə təşkilat ləğv olunub.


APA "Vergilər" qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidmətinin tabeliyində fəaliyyət göstərən Gəncə Dəmir Yolu Gigiyena və Epidemiologiya Mərkəzi, Yevlax Dəmir Yolu Ambulatoriyası, Kürdəmir Dəmir Yolu Ambulatoriyası ləğv olunduqlarını elan ediblər.


Bununla yanaşı, "Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidmətinin Taun Əleyhinə Stansiya da ləğv olunub.


Əlavə olaraq, Lənkəran Dəmiryol Ambulatoriyası, Ucar Dəmiryol Ambulatoriyası, Mincivan Dəmiryolu Xəstəxanası, Hacıqabul Dəmiryolu Xəstəxanası, Salyan Xətt Xəstəxanası, İmişli Dəmir Yolu Epidemiologiya Gigiyena Mərkəzi də ləğv edilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri