Azərbaycanda narkoman qadınların sayı artır

Azərbaycanda narkoman qadınların sayı artır Azərbaycanda ötən il ərzində respublikanın narkoloji xidməti tərəfindən qeydiyyata alınan narkotiklərə düçar olanların ümumi sayı 27 910 nəfər olub ki, bu 2011-ci illə müqayisədə təqribən min nəfər çoxdur.


APA-nın məlumatına görə, bu barədə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin yaydığı illik hesabatda bildirilib.


Hesabatda deyilir ki, anonim qeydiyyata alınanların sayı isə 567 nəfər təşkil edib ki, bu da ondan əvvəlki illə müqayisədə iki dəfə çoxdur. Qeydiyyata alınan narkomanlardan 528 nəfərini qadınlar təşkil edir. Bu əvvəlki illə müqayisədə 17 nəfər çoxdur.


Yaş qruplarına gəldikdə, daha çox say - 11 088 nəfər 40-59 yaş arasında olanlara aiddir.


Əvvəlki illə müqayisədə isə ən çox artım 18-29 yaş arasına təsadüf edir. Əvvəlki il bu rəqəm 4979 nəfər idisə, ötən il 5010 nəfər olub.
Şərhlər
Sosial bölməsinin xəbərləri