Xatirə İslam Lopezin libasından tikdirdi [Foto]

Xatirə İslam Lopezin libasından tikdirdi [Foto] Müğənni Xatirə İslamın “5/5” verilişində istifadə etdiyi geyim müzakirələrə səbəb olub.

Live.az Qafqazinfo-ya istinadla xəbər verir ki, sənətçinin qara rəngli libası ABŞ-lı pop-ulduz Cennifer Lopezin “People's Choice Awards” mərasimindəki libası ilə eynilik təşkil edir.

Sosial şəbəkə istifadəçiləri X.İslamı plagiat etməkdə günahlandırıblar.

Müğənni mövzu ilə bağlı açıqlama verib. O, həmin geyimi əldə etmək üçün 1 ay gözlədiyini bildirib:

“Bəli, eyni geyimdəndir. Həddindən artıq qiymətli bir paltardır. İstər parçası, istərsə də daş-qaşı... Lopez dünya ulduzudur, mən başqa kimin paltarından geyinməliyəm? Ola bilər ki, Lopezlə eyni vaxtda düşünüb hazırlatmışıq? Paltardı da... Ərsəyə gəlməsi üçün parçasını, daş-qaşını bir ay gözləmişəm”.

Xatirə İslam geyimin qiyməti barədə açıqlama verməsə də, “Qafqazinfo” libası ərsəyə gətirən Rəna Müslümovanın butiki ilə əlaqə saxlayıb.

Butikdən bildirilib ki, sözügedən paltarın qiyməti 14 min AZN-dir.

Xatırladaq ki, Lopezin geyimi isə “Reem Acra” brendidir.


Xatirə İslam Lopezin libasından tikdirdi [Foto]


Xatirə İslam Lopezin libasından tikdirdi [Foto]


Xatirə İslam Lopezin libasından tikdirdi [Foto]


Xatirə İslam Lopezin libasından tikdirdi [Foto]


Xatirə İslam Lopezin libasından tikdirdi [Foto]


Xatirə İslam Lopezin libasından tikdirdi [Foto]
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri