ABŞ və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisləri sabah Azərbaycanda görüşəcəklər

ABŞ və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisləri sabah Azərbaycanda görüşəcəklər ABŞ-ın Silahlı Qüvvələrinin baş qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeriy Qerasimov sabah Bakıda görüşəcəklər.

APA-nın xəbərinə görə, bu barədə RİA "Novosti" Pentaqonun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Görüşdə Rusiya və ABŞ arasında hərbi sahədə münasibətlərin hazırkı səviyyəsi müzakirə olunacaq.

Qeyd olunur ki, görüş zamanı müxtəlif spektrli məsələlər nəzərdən keçiriləcək. Konkret olaraq tərəflər potensial böhranların və yanlışlıqların qarşısının alınması üçün hərbçilər arasında daimi və aydın ünsiyyətin vacibliyini müzakirə edəcəklər.

Xatırladaq ki, Rusiya və ABŞ hərbçiləri arasında Suriya hava məkanında insidentlərin qarşısının alınması üzrə birbaşa xətt var. Tərəflər bu mexanizmin effektiv işlədiyini bildirirlər.
Şərhlər
Dünya bölməsinin xəbərləri