AMB: Strateji valyuta ehtiyatları xarici dövlət borcunu 4,1 dəfə üstələyib
- 16.02.2017, 10:09,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2016-cı ildə ölkənin strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib.
Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, 2016-cı ilin sonuna strateji valyuta ehtiyatları 37,6 mlrd. ABŞ dolları təşkil edərək 28 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 4,1 dəfə üstələyib.
Strateji valyuta ehtiyatlarının həcmi ötən ilin yekunu üzrə ÜDM-in həcminə bərabər olub.
APA