Şahin Zəkizadə ilə vida mərasimi keçirilir [Yenilənib]
- 17.02.2017, 14:32,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən gün qan xərçəngindən vəfat edən rejissor Şahin Zəkizadə ilə vida mərasimi keçirilir.
Onun yas mərasimi Yeni Yasamaldakı evində keçirilir. Məclisdə Kənan M.M, Əbdül Xalid və başqa tanınmışlar iştirak edir.
Qeyd edək ki, Şahin Zəkizadə 6 aydır xəstəliklə mübarizə aparırdı.
****
Rejissor Şahin Zəkizadə vəfat edib. Bu barədə Ş. Zəkizadənin xalası oğlu Aqil Adiloğlu məlumat verib. O, bildirib ki, Ş. Zəkizadə sabah Maştağada yerləşən “Seyidlər” qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Ş. Zəkizadə qan xərçəngindən əziyyət çəkirdi. O, Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicə olunurdu.
APA, Qafqazinfo