ABŞ dövlət katibinə Bonndakı hotellərdə yer tapılmadı
- 17.02.2017, 13:00,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-ın dövlət katibi Reks Tillersona Almaniyanın Bonn şəhərindəki hotellərdə yer tapılmayıb.
Trend-in məlumatına görə, R.Tillerson görüşdə iştirakını təsdiq edəndə şəhərin hotellərindəki bütün nömrələr bronlaşdırılıb. Dövlət katibi şəhərdən 30 dəqiqə aralıdakı kənddə sanatoriyada qalmağa məcbur olub.
Bu, R.Tillersonun dövlət katibi qismində ilk xarici səfəri olub.
Qeyd edək ki, ötən gün Bonnda G20-nin ("Böyük iyirmilik") nazirlər səviyyəsində görüşü keçirilib.