Müğənni Sevda Ələkbərzadə bəstəkar Elza İbrahimovanın mahnısını öz repertuarına daxil edib.
Live.az-ın məlumatına görə, ifaçı Elmira Rəhimovanın “Sən yadıma düşəndə” mahnısına yeni nəfəs verib.
Bəstənin musiqisi Elza İbrahimovaya, aranjimanı isə İsmayıl Əsədovaya məxsusdur.
Hal-hazırda mahnını yeni ifada yalnız 106.3 radiosunda eşitmək olar.
Yaxın zamanlarda bəstəni youtube kanalarında da eşitmək mümkün olacaq.
“Sən yadıma düşəndə” mahnısını bir çox müğənni ifa edib: Rəşid Behbudov, Şövkət Ələkpərova, İlhamə Quliyeva, Flora Kerimova, Abbas Bağırov və başqaları.
İfanın bir parşasını Sevda Ələkpərzadə öz səhifəsində paylaşıb: