Səidə Sultan efirdə ağladı

Səidə Sultan efirdə ağladı ARB TV-nin "Gəlin danışaq" verilişinin bu dəfəki qonağı Səidə Sultan olub.

Live.az bildirir ki, müğənni daha çox atasına oxşadığını bildirib:

"Anam bəzən deyir ki, oxşadın atana. Atam bir az dəliqanlı kişi olub. Deyirəm ki, mən onun qızıyam, 3 qızdan birisi ona oxşamalıdı da".

Səidə Sultan anasından danışarkən isə göz yaşlarını saxlaya bilməyib.

"Anam mənim həm anamdır, həm atamdır. Allah mənim ömrümdən alıb ona versin. Anam zəhmətkeş qadındır".


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri