Tanınmış simalar ağladan hadisələr: Tünzalə Ağayeva, Kənan MM, Nadir Qafarzadə, Dilarə Əliyeva və digərləri

Tanınmış simalar ağladan hadisələr: Tünzalə Ağayeva, Kənan MM, Nadir Qafarzadə, Dilarə Əliyeva və digərləri Həmişə şənləndirən və sevindirən şou əhli bu dəfə ağladılar və sevənlərini kövrəltdilər.


Bəlkədə kiməsə xəbər bir az yersiz gələcək, və ya kiminsə səmimi hisslərinin yayılması kimi qiymətlədiriləcək, ancaq bütün adı kəçdiyimiz simaların kövrəldiyi an kameralar qarşısında olub və efirdə gedib. Sadəcə qeyri adi trend aldığı üçün diqqət yetirdik.


Belə ki, axırıncı bir neçə həftədə çox sayda tanınmış müğənni, aparıcı və tanınmış sima efirdə göz yaşlarını saxlaya bilməyib.


Tanınmış simalar ağladan hadisələr: Tünzalə Ağayeva, Kənan MM, Nadir Qafarzadə, Dilarə Əliyeva və digərləri



İlk rastımıza qələn sima, ATV-də yayımlanan "Geriyə baxanda" verilişinin növbəti qonağı, xalq artisti Şərqiyyə Hüseynova olub.


Üç ildir qızını itirən Ş.Hüseynova göz yaşlarını saxlaya bilməyib: "Fikirləşirdim ki, insanlar necə dözürlər? Sonra gördüm ki, insan bərk məxluqdur".





Tam verliş: https://www.youtube.com/watch?v=UkY-yhT88UE


***


Digər telekanalda, ARB TV-nin "Evgördü" verilişinin qonağı olan müğənni Rahidə Baxışova şəxsi həyatından danışarkən göz yaşlarına hakim ola bilməyib.

Həyat yoldaşından ayrılan, qardaşlarını itirən müğənni, boşanması və talesiz faciə ilə bağlı danışarkən ağlayıb.

Üzüm gülür, amma ürəyim sevinmir, içim gülmür, - deyə Rahidə bildirib.




***


"Gəlin danışaq" proqramının qonağı olan əməkdar artist Dilarə Əliyevada qəhərlənib.


Əməkdar artistin qardaşı Vüsal Murtuzəliyev bacısı barəsində xoş fikirlər səsləndirib və Dilarə Əliyeva bu sözlərdən sonra göz yaşlarını saxlaya bilməyib:


"Vüsalı çox istəyirəm. Ana balasını istəyən kimi. Vüsal mənim ürəyimdir, həyatımdır. Onun sözlərini eşidəndə, belə danışığını duyanda qəlbim qəhərləndi. Belə gün yaşatdığınız üçün çox sağ olun. Çox doğma hisslər yaşadım".





***


Tanınmış simalar ağladan hadisələr: Tünzalə Ağayeva, Kənan MM, Nadir Qafarzadə, Dilarə Əliyeva və digərləri



Verilişinin digər qonağı Səidə Sultan anasından danışarkən isə göz yaşlarını saxlaya bilməyib.


"Anam mənim həm atamdır, həm anamdır. Anam zəhmətkeş qadındır. Allah başımızdan əksik etməsin. Allah mənim ömrümdən alıb ona versin".





***

Tanınmış simalar ağladan hadisələr: Tünzalə Ağayeva, Kənan MM, Nadir Qafarzadə, Dilarə Əliyeva və digərləri



"Gəlin Danışaq" verilişinin digər buraxılışında qonağı əməkdar artist Tünzalə Ağayeva səmimi və maraqlı açıqlamalar verən əməkdar artist, özünün kəşf etdiyi və 3 il öncə vəfat edən Sura Əsgərli ilə birlikdə duetinə çəkilən klip görüntülərini izləyərkən göz yaşlarını saxlaya bilməyib:


"Allah yerini cənnət eləsin. Heç nə deyə bilmərəm. Nur içində yatsın. Çox istedadlı bala idi. Onu zorla aparıb klipi çəkdik. Hər bir anı mənim üçün əzizdir. Çox qınayıram özümü, onu hər dəfə elə görəndə. Mən onun yanında daha çox ola bilərdim, amma ola bilmədim. İçimdən çox "kaş ki"lər keçir".





Tünzalə və Sura - Qovuş Ona





***


Müğənni Nadir Qafarzadə isə Bilgəhdə yerləşən qocalar evinə baş çəkib.


İfaçı görüş zamanı göz yaşlarına hakim ola bilməyib. O, qocalar evindəki insanların həyatlarının kədər içində keçdiyini deyib:


“Hər dəfə qocalar evinə gedəndə qəribə hisslər yaşayıram: kövrəlirəm, pis oluram. Düşünürəm ki, burada ömürlərini yaşayan insanlar cavanlıqda düşünməzdilər ki, qocalar evinə düşəcəklər. Bu da Allahın bir qismətidir. Amma belə bir taleni heç bir insana arzu etməzdim. Çox ağırdır, çox. Burada elə insanlar var ki, övladları valideynlərinə sahib çıxmırlar”.





Bir neçə gün öncə qan xərçəngindən vəfat edən rejissor Şahin Zəkizadənin vida mərasimi keçirilib.


Yas mərasimində mərhum rejissorun yaxın dostu olmuş Kənan Mahmudov (Kənan M.M.) göz yaşlarını saxlaya bilməyib.


O, Şahin Zəkizadənin xatirə tablosunu əlində tutaraq, "Şahin, məni niyə tək qoydun?" deyərək hönkür-hönkür ağlayıb.





Bu gün isə prodüser Tolik efirdə göz yaşlarına hakim olmayıb.


Aparıcı-aktrisa Afaq Gəncəlinin haqda danışan Tolik bildirib ki: "Afaq çox güclü bir qadındır. Siz bilirsiniz ki, onun uşağı 13 yaşında vəfat edib. Qədirxan Ankarada yatanda onun yanına getdim, görüşdük. Mən, Sevinc-Sevil bacıları, Sevinc Ağaşirinova getdik onun yanına. Uşaq rəhmətə gedəndən sonra Afaqı çox qınadılar. Efirlərə çıxdığı üçün Afaq tənqid atəşinə tutuldu. Afaqın ürəyində böyük bir daş var, onu heç kim çıxarda bilməz. Onun uşağı rəhmətə getməmişdən 2 gün qabaq pəncərəsinə 1 ayaqlı göyərçin qonmuşdu. O, onun şəklini çəkib qoymuşdu. Röyanın bir mahnısı var idi, "Göyərçin". O şəkli paylaşanda zəng edib dedim ki, sil. Dedi, yox, o göyərçin onu aparmağa gəlib. Afaq çox əziyyət çəkdi, uşağa görə heç kimə əyilmədi.





Belə görünür bu göz yaşları hələ son deyil. Ümumi abu-hava qəmgindir.


Ümüd edirik ki, sevinc və şənlik mənbəyimiz olan şou-biznes nümayəndələrimiz yaxın zamanlarda şən əhval-ruhiyə keçirəcək və bizi sevindirəcəklər...
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri