Türkiyədə partlayış törədilib, ölən və yaralananlar var

Türkiyədə partlayış törədilib, ölən və yaralananlar var Türkiyənin Şanlıurfa vilayətində partlayış baş verib.

Vilayətin Viranşehir rayonunda minalanmış avtomobilin partladılması nəticəsində 3 yaşlı uşaq ölüb, 15 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanalara yerləşdirilib. Polis qüvvələri ərazini nəzarətə götürüb.

Şanlıurfa valisi Güngör Azim Tuna, ilkin məlumatlara görə, 18-20 yaşlı şəxsin Yenişehir məhəlləsində bomba yüklü avtomobil saxladığını söyləyib.

“Hadisə nəticəsində 3 yaşında bir uşaq həyatını itirib. 15 civarında yarası ağır olmayan xəsarət alan var. Yaralıların müalicəsi xəstəxanada davam edir” deyə G. Tuna bildirib.




APA, Anadolu
Şərhlər
Dünya bölməsinin xəbərləri