Nigar Camal: “Həyatıma girəcək kişi məndən güclü olmalıdır”

Nigar Camal: “Həyatıma girəcək kişi məndən güclü olmalıdır” Son zamanlar tez-tez gündəmə gələn Nigar Camal yenə maraqlı açıqlamalar verib.



Live.az məlumat verir ki, “Eurovision 2011” qalibi Nigar Camal “Lider maqazin”ə açıqlamasında yenə boşanması haqda suala cavab verib: “İndi xoşbəxtəm. Ailəli olanda həyatımda hər şey düz keçirdi deyə bilmərəm. Boşanma səbəbim çox şəxsidir, keçmişdə qalsın. Çox xoşbəxtəm ki, yanımda iki qızım var. Hər qadının övladları olanda xoşbəxt olur."


Həmçinin Əlavə edib ki: "Həyatımda sevgi yoxdur, özümü rahat hiss edirəm. Mənim üçün önəmli sevəcəyim insanın hörmətidir və mənimlə dost olmasıdır. Əsl kişi görünüşlü, məndən güclü olmalıdır. Əsas da uşaq olmasın”.


Qeyd edək ki, efirdə getməsə belə, çəkiliş zamanı müğənni ilə xoşa gəlməz hadisə baş verib. Belə ki, müsahibə zamanı restoranda olan ifaçı, administrasiya tərəfdən qəfil nalayiq hərəkətlərə və iradlarla rastlaşıb. Restoran çəkiliş edilməsinin qadağan ediblər. Bunu müğənni özü xəbər verib və restoran haqda qəzəbini gizlədə bilməyib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri