Bu dəfə "Eurovision 2011" qalibi Nigar Camal "ATV maqazin onlarla" verilişində görünüb.
Live.az xəbər veri ki, müğənni peşəsi ilə əlaqədar bir çox məqamlara aydınlıq gətirsədə, şəxsi həyatındanda məlumat verəcək.
Müğənni həmkarı Aysel Teymurzadə ilə birlikdə çəkdirdiyi fotosundan danışıb. İfaçı həyat yoldaşının Ayselə səhnəyə çıxmaq qadağası qoymasına münasibət bildirib:
Bir neşə həftə görüşdüyü Aysel haqda söhbər düşəndə, açırlamaları ilə təcübləndirib:
"Ərə gedəndə bizim kişilərimiz [oxumağa] icazə vermir. Normal bir şeydir, əslində onları başa düşürəm. Əgər mən də çox sevsəm, düşünürəm gedərəm. Şəxsi həyat mənim üçün daha önəmlidir.
Həyat yoldaşım desə, oxuma, problem olmaz. Əsas odur ki, xoşbəxt olum, - deyə Nigar əlavə edib.
Ancaq müğənni bildirib ki, tənhalıqda özünü yaxşı hiss edir, ancaq hərdən darıxdırıcı olur.
Belə görünür ki, Nigar Camal avroviziya iştirakçılarımız olan Aysel Teymurzadə və Səfurə Əlizadə kimi qəfil sənətdən uzaqlaşa bilər.