Çempionlar Liqasında 1/8 mərhələsinin oyunları keçirilib

Çempionlar Liqasında 1/8 mərhələsinin oyunları keçirilib Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində 2 oyun keçirilib.


“Atletiko” “Bayer”in qonağı olub. Gərgin şəraitdə keçən oyunda 4:2 hesabı ilə qələbə qazanan Dieqo Simeonenin yetirmələri olub.


Digər matçda “Mançester Siti” və “Monako” komandaları qarşılaşıb. Görüşdə hesabı meydan sahibləri açsa da, bu üstünlük qısa çəkib. Iki qol vuran Monako təmsilçisi hesabda irəli düşüb. Ancaq sonradan özündə güc tapan "City" ardıcıl 3 dəfə fərqlənərək evdə qalib gələ bilirblər - 5:3.


UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

21 fevral

“Bayer” (Almaniya) – “Atletiko” (İspaniya) - 2:4
Qollar: Bellarabi, 48, Saviç, 68 (öz qapısına) - Nigez, 17, Qrizman, 26, Qameyro, 59 (pen.), Fernando Torres, 86


“Mançester Siti” (İngiltərə) – “Monako” (Fransa) - 5:3
Qollar: Sterlinq, 26, Aquero, 58, 71, Stons, 77, Sane, 82 - Falkao, 32, 61, Mbappe, 40




Şərhlər
İdman bölməsinin xəbərləri