Lalə Məmmədova evlənməsi haqda danışdı

Əməkdar artist Lalə Məmmədova “Şou-məkan” verilişinə maraqlı açıqlama verib.


Müğənni “ikinci evlilik” xəbərlərinə aydınlıq gətirib:


“Deyəsən, artıq məni ərə veribsiz? İkinci dəfə də boşamısız. Mən bu haqda heç nə danışa bilmərəm. Əvvəla doğru xəbər deyil. Sadəcə sual verəndə ki, ikinci dəfə ailə qurarsızmı, mən həmişə cavab verirəm ki, bilmək olmaz, qismət”.


Məmmədova hələlik heç bir təklifi qəbul etmədiyini də bildirib:


“Əslində mənim şikayət etməyə də haqqım yoxdur. Çünki ətrafımda məni sevən çox insan var. Hörmətlə, rəğbətlə ailə qurmaq istəyən çox adam var. Bunu hörmətsizlik kimi qəbul etməsinlər. Sadəcə olaraq mən buna hələ hazır deyiləm. Hələ ki həyatımı yaşayıram. Sənətimlə məşğulam. Bir də ki, mənim üçün vacib uşaqlarımdır”.



Qafqazinfo
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri