Kürəkən qaynanasının evini yardı
- 18.04.2013, 13:21,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ucar rayon sakini Zərdabda oğurluq etdiyi üçün tutulub.
Trend EL TV-yə istinadən xəbər verir ki, Ucar rayon sakini Zərdabda oğurluq etdiyi üçün tutulub.
Zərdab rayon Məmmədqasımlı kənd sakini Şəlalə İbrahimova polis şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, o müalicə üçün İran İslam Respublikasina getdiyi müddətdə naməlum şəxslər qanunsuz olaraq onun evinə daxil olub və oradan qiyməti 1200 manat olan bir ədəd kondisioner və bir ədəd televizor oğurlayıblar.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Ucarın Bərşad kənd sakini Mirzəliyev Ramil Xanbala oğlu və Ağcabədi rayonundan olan dostu Mahmudov Ramin Tərlan oğlu tutularaq istintaqa təhvil verilib.
Şəlalə İbrahimovanın kürəkəni olan Ramil Mirzəliyev banka olan kredit borcunu ödəmək üçün dostu ilə əlbir olaraq oğurluq etdiyini etiraf edib.
Faktla bağlı Zərdab rayon Polis Şöbəsi tərəfindən CM-nin 177.2.1, 177.2.3 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.