İlhamə Quliyevanın oğlu ilə bacısı arasında yas qalmaqalı
- 22.02.2017, 13:56,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Xalq artisti İlhamə Quliyevanın il mərasimi yaxınlaşır.
Live.az qafqazinfo-ya istinadən xəbər verir ki, sağlığında az qala bütün davranışları ilə seçilən, tez-tez mübahisələrə, söz-söhbətlərə qoşulan sənətçinin bu yaxınlarda baş tutacaq yası da müzakirələrə yol açıb.
Belə ki, İ.Quliyevanın oğulluğu Orxan Nadirovla bacısı Gülbahar Quliyeva yas mərasimini fərqli günlərdə keçirəcək.
O.Nadirov qafqazinfo-ya açıqlamasında bildirib ki, İlhamə Quliyevanın ili fevralın 24-də, "Heydər" məscidində baş tutacaq.
Ancaq müğənninin bacısı isə Quliyevalar ailəsinin ili onun öldüyü gündə keçirəcəyini söyləyib.
Gülbahar Quliyeva Orxanı şou yaratmaqda ittiham edib:
"Orxan Nadirov şou yaradır. Onun özü bilər, bizdən biri deyil. İlhamə xanımın ailəsi yas mərasimini "Təzə Pir" məscidində verir, ayın 25-də olacaq. O, İlhamənin oğlu deyil, oğulluğudur. Övladlıq məsələsi heç rəsmiləşdirilməyib. Bizim Orxanın nə iş gördüyündən xəbərimiz yoxdur. Orxan bilirdi ki, biz il mərasimini ayın 25-i edirik. Özünü bu ailənin üzvü hesab edirdisə, bizim yanımızda olmalı idi. Ancaq Orxan özünü ayrı bilirsə, biz onu tanımırıq".
Xatırladaq ki, xalq artisti ötən il tromboemboliyadan dünyasını dəyişib, 2-ci Fəxri Xiyabanda dəfn edilib.
Sənətkar vəfat edəndən sonra onun oğulluğu Orxan Nadirov, bacıları və yaxın qohumları arasında varislik və sərvət qalmaqalı yaranmış, müğənninin hüquqi varisi Gülbahar Quliyeva elan olunmuşdu.