Bakıda qəza nəticəsində dağılan körpü [təfərrüatlar]
- 22.02.2017, 18:37,
- Cəmiyyət / Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda M.Mehdizadə küçəsində dəmiryolu körpüsünün altında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində körpü qəzalı vəziyyətə düşüb.
Live.az məlumatına göre, bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, fevralın 20-də saat 22:00 radələrində Bakı yük-Liman mənzilinin 16 km pk9-da M.Mehdizadə küçəsinin üzərində yerləşən dəmiryolu körpüsünün altında Ə.Əhmədovun idarə etdiyi "90-ZF-209" dövlət nömrə nişanlı beton vuran (pompa) nəqliyyat vasitəsinin iştirakı ilə yol qəzası baş verib. Hadisənin baş verməsinə səbəb nəqliyyat vasitəsinin M.Mehdizadə küçəsi ilə şəhər istiqamətində sürətlə hərəkəti və yol nişanlarının tələblərinə riayət etməməsi olub.
Baş vermiş hadisə nəticəsində körpü qəzalı vəziyyətə düşüb, körpünün qəzalı vəziyyətinin aradan qaldırılması üçün qəzalı aşırımlar müvəqqəti olaraq götürülüb və bu istiqamətdə qatarların hərəkəti dayandırılıb. Körpünün bərpa olunması üçün tədbirlər görülür.
Həmin körpünün ümumi uzunluğu 30,6 metrdir. İki aşırımlı körpünün hər bir aşırımının uzunluğu 8,54 m-dir.
Körpü 1935-ci ildə tikilib, sonuncu dəfə 1978-ci ildə əsaslı təmir olunub.