Abşeronda göl daşıb, həyətyanı sahələri su basıb
- 23.02.2017, 10:09,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində Daşağıl gölünün daşması nəticəsində həyətyanı sahələrə dolmuş suyun çəkilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində həyətyanı sahələrdə suyun səviyyəsi 15-20 sm endirilib. Hazırda suyun çəkilməsi işləri davam etdirilir.