İran və Azərbaycan münasibətlərini yenidən qurmalıdır

İran və Azərbaycan münasibətlərini yenidən qurmalıdır İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komitəsinin sədri Əlaiddin Brucerdi Azərbaycanla münasibətləri yenidən qurmağa çağırıb. Bu barədə Trend Press TV telekanalına istinadən məlumat verir.


"Azərbaycanla münasibətlər yenidən baxılmalı və iki ölkə arasında mövcud problemlər həll olunmalıdır", - Brucerdi İranın Azərbaycandakı səfiri Möhsin Pakayinlə bazar günü görüş zamanı bildirib.


Brucerdi İran-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, İran və Azərbaycan arasında çox oxşarlıq mövcuddur.


Brucerdi həmçinin Azərbaycanla ikitərəfli parlament əlaqələrinin genişlənilməsinə və iki ölkənin parlamentlərinin dostluq və xarici siyasət komitələrin arasında görüşlərin keçirilməsinə çağırıb.


İranın Azərbaycandakı səfiri, öz növbəsində, iki ölkə arasında artan iqtisadi və ticarət əlaqələrindən danışıb.


"İki ölkənin münasibətlərinin inkişafı üçün çox ümidverici perspektivlər mövcuddur", səfir əlavə edib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri