Bakının mərkəzi yollarında dəyişiklik

Bakının mərkəzi yollarında dəyişiklik Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə sıxlığın aradan qaldırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

"Azəravtoyol" ASC-dən verilən məlumata görə, hazırda kompleks tədbirlər Yusif Səfərov küçəsi və ətraf ərazilərdə aparılır. Burada aparılan işlərin əsas məqsədi istər şəhərin mərkəzindən Heydər Əliyev və Babək prospektlərinə doğru çıxışda, istərsə də prospektlərdən şəhər mərkəzinə doğru girişdə Yusif Səfərov küçəsinə düşən nəqliyyat yükünü azaltmaqla avtomobillərin rahat və maneəsiz hərəkətini təşkil etməkdir.

Küçə bir-neçə hərəkət zolağı enində genişləndirilir. Aparılan yenidənqurma işləri çərçivəsində piyadaların avtomobil yolunu daha təhlükəsiz şəkildə keçməsi üçün piyada keçidinin inşası da planlaşdırılır.

Bundan başqa avtonəqliyyat vasitələrinin Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən Kövkəb Səfərəliyev küçəsinə, oradan da Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkətini təmin etmək üçün Yusif Səfərov küçəsinə paralel 1,1 km uzunluğunda yeni yol salınır. Yolun ümumi eni 12 m olmaqla 2 hərəkət zolaqlıdır.

Daha bir yeni yol hissəsi Sergey Senyuşkin küçəsinin davamı olaraq salınır. Uzunluğu 265 m, hərəkət hissəsinin eni 10 m olacaq yol inşa olunandan sonra Xocalı prospektindən avtonəqliyyat vasitələrinin Yusif Səfərov küçəsinə daxil olmadan Sergey Senyuşkin küçəsindən birbaşa Heydər Əliyev və Babək prospektlərinə doğru rahat çıxışı təmin olunacaq.

Qeyd edək ki, Sergey Senyuşkin küçəsinin hazırda mövcud 365 m uzunluğunda olan hissəsi tam olaraq təmir olunub. Bundan öncə isə Yusif Səfərov və Fəzail Bayramov küçələri arasında yeni yolun inşası başa çatdırılıb. Uzunluğu 260 m olan yeni yol 4 hərəkət zolağından ibarətdir.

"Azəravtoyol" ASC-də hesab edirlər ki, Yusif Səfərov küçəsinin yenidən qurulması, bundan başqa hər iki istiqaməti üzrə paralel yolların çəkilişi sözügedən ərazidə sıxlığın azalmasına, şəhər mərkəzinə doğru və əksinə bu istiqamətdən giriş-çıxışının rahatlaşmasına gətirib çıxaracaq.



Bakının mərkəzi yollarında dəyişiklik
Bakının mərkəzi yollarında dəyişiklik
Bakının mərkəzi yollarında dəyişiklik
Bakının mərkəzi yollarında dəyişiklik
Bakının mərkəzi yollarında dəyişiklik
Bakının mərkəzi yollarında dəyişiklik
Bakının mərkəzi yollarında dəyişiklik
Bakının mərkəzi yollarında dəyişiklik
Bakının mərkəzi yollarında dəyişiklik
Bakının mərkəzi yollarında dəyişiklik
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri