"Fitch" SOCAR-ın reytinqini "BB+" səviyyəsində təsdiqləyib, proqnoz neqativdir
- 24.02.2017, 10:07,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi SOCAR-ın emitentin uzunmüddətli defolt reytinqini "BB+" səviyyəsində təsdiqləyib.
Live.az-ın məlumatına görə, bunu APA agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, reytinq üzrə proqnoz neqativdir.
Qısamüddətli reytinq isə "B" səviyyəsində təsdiqlənib.
Bildirilir ki, SOCAR-ın reytinqləri Azərbaycanın suveren reytinqinə müvafiqdir: "SOCAR əsas maliyyə və investisiya qərarlarını qəbul edərkən Azərbaycan hökuməti və Dövlət Neft Fondu ilə sıx əlaqələr saxlayır".