Avropa İttifaqı idarələrinin ABŞ tərəfindən izləndiyi barədə xəbərlərdən narahtdır
- 30.06.2013, 20:08,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa Parlamentinin rəhbəri Avropa İttifaqına (AI) məxsus qurumlarda ABŞ təhlükəsizlik orqanları tərəfindən məxvi dinləmə avandanlığının quraşdırılması ilə bağlı Vaşinqtondan "ətraflı izahat" istəyib.
Martin Schulz deyib ki, bu məsələ Aİ ilə ABŞ arasında münasinbətlərə mənfi təsir göstərəcək.
Almaniyanın Der Spiegel jurnalı 2010-cu ilin məxvi sənədlərinə istinadən Nyu York və Vaşinqtonda yerləşən Aİ ofisləri ABŞ kəşfiyyatı tərəfindən izlənilib.
Der Spiegel ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin qaçaq düşmüş keçmiş təhlilçisi Edward Snowden tərəfindən açıqlanmış sənədə istinad edir.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və Milli Təhlükəsizlik Agentliyinin (MTA) keçmiş işçisi Edward Snowden o zamandan bəri Ekvadorda siyasi sığınacaq istəyib.
Der Spiegel nəşrinin istinad etdiyi MTA sənədlərinə əsasən, Vaşinqtonda və Nyu Yorkda BMT offisində Aİ-a məxsus ofislərdə kompyuterlər ABŞ kəşfiyyatı tərəfindən izlənilib.
Sənəddən göründüyü kimi Aİ ünvanına "hədəf" sözü işlədilib.
ABŞ xəfiyyələrinin Aİ haqqında hansı məlumatlar əldə etdikləri barədə dəqiq məlumat olmasa da, BBC müxbiri deyir ki Vaşinqtonla Avropa hökümətləri arasında gedən danışıqların iştirakçıları üçün
Aİ-nın ticarət və hərbi məsələlər üzrə mövgeyi barədə məlumat faydalı ola bilərdi.
Şənbə günü yaydığı bəyanatında Martin Şults "itytihamlarla bağı Avropa Parlamenti adından ABŞ-dan tezliklə tam izahat verilməsini" tələb edib.
Der Spiegelin məqaləsində səslənmiş ittihamlarla bağlı ABŞ hələlik bir açıqlama verməyib.
Güman edildiyi kimi, Edward Snowden Moskva aeroportunda qalmaqda davam edir.
BBC