"Fitch": SOCAR-ın likvidlik problemi yoxdur
- 24.02.2017, 10:08,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
SOCAR-ın likvidliyi kifayət qədərdir.
Live.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
"Fitch" qeyd edir ki, beynəlxalq maliyyə hesabatlılığı standartlarına (BMHS) əsasən, 2016-cı ilin iyun ayının 30-a SOCAR-ın 3,8 mlrd. manat həcmində pul vəsaiti var ki, bunun da 63%-i banklarda dollar qismində yerləşdirilib. Agentliyin hesablamalarına əsasən, bu vəsait 3,4 mlrd. manat həcmində olan qısamüddətli borcun bağlanması üçün kifayət edir.
Məlumatda o da vurğulanıb ki, 2016-2019-cu illərdə dövlət şirkətinin əsaslı xərcləri 10 mlrd. manat səviyyəsində olacaq.