ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan müğənni Emma Ələkbərzadə maraqlı açıqlamalar verib.
Live.Az xəbər verir ki, sevilən ifaçı sənət dostlarından danışıb:
"Roza Zərgərli ilə illərin dostuyuq. Rozaya gecə yarısında da zəng etsəm, telefonumu açacaq. Heç vaxt köməkçisi götürməz, özü açar. Elələri olub ki, zəng edəndə köməkçisi götürüb, iradımı bildirmişəm. Demişəm ki, siz zəng edəndə mən özüm götürürəmsə, mən də edəndə siz götürün. Elnur Məmmədovla da çox gözəl dostluğumuz var. Çox istəyirəm onu. İllərdir ki, münasibətimiz var. Görüşəndə o qədər öpüşürük ki, çox istiqanlıdır".
Roza Zərgərli Emmadan arıqlamağa kömək istəyəndə isə onun cavabı belə olub: "2 il öncə arıqlamışdı. Roza, ağzını bağla, yemək yemə".