Azərbaycanda vakant yerlərə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqə başlayıb
- 01.07.2013, 09:25,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gündən 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqə başlayıb.
APA-nın xəbərinə görə, iyulun 1-dən 15-dək "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsinə daxil olmaqla elektron ərizələrin qəbulu aparılacaq. Təhsil Nazirliyi sisteminə daxil olan müəssisələrə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilir. Ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və vahid formalı dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbul üzrə müsabiqədə iştirak edə bilərlər.
Bu il bu il müəllimlərin işə qəbulu üzrə qəbulu üzrə 3179 vakant yer ayrılıb. Bunun 435-i Bakı şəhər, digərləri isə bölgə və rayon məktəblərinin payına düşür.
Təhsil Nazirliyinin məlumatında qeyd olunur ki, rayon mərkəzlərindən 20 km-dək məsafədə yerləşən kənd məktəblərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə həvəsləndirmə tədbirləri tətbiq olunur. Bunlara yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün hər ay 40 (qırx) manat məbləğində kompensasiya verilməsi, yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi, torpaq sahələrinin ayrılması və ipoteka kreditlərinin verilməsi daxildir.
Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən kənd məktəblərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə də həvəsləndirmə tədbirləri tətbiq olunur. Bunlara isə hər ay əməkhaqqına 70 (yetmiş) manat məbləğində əlavə olunur, yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün hər ay 40 (qırx) manat məbləğində kompensasiya verilməsi, yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi, torpaq sahələrinin ayrılması, ipoteka kreditlərinin verilməsi daxildir.
Qeyd edək ki, müəllim olmaq istəyən namizədlər üçün nəzərdə tutulan Elektron ərizə, Şəxsi kabinetə giriş, Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün elektron ərizənin doldurulması qaydalarına dair video çarx, 2013-2014-cü dərs ilində respublikanın rayon və şəhərlərinin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakant yerlər haqqında məlumat, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu Qaydaları”, “Müsabiqə yolu ilə müəllimlərin işə qəbulu qaydalarının tətbiqini tənzimləyən sənədlər toplusu” bu gündən “Müəllimlərin işə qəbulu üzrə müsabiqə” səhifəsində yerləşdiriləcək.