Polis saxta viza düzəldərək vətəndaşların pulunu mənimsəyən Ucar sakinini axtarır
- 25.02.2017, 12:22,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Fevralın 24-də paytaxt sakini olan üç nəfər Binəqədi RPİ 5-ci PB-yə müraciət edərək yanvarın 15-də Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Anar Xəlilovun saxta viza düzəldərək aldatma yolu ilə onlardan ümumilikdə 3476 manat pul aldığını bildiriblər.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, A. Xəlilovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri istintaq və əməliyyat tədbirləri aparılır.