Bu ilin ilk Günəş tutulması hadisəsi başlayıb
- 26.02.2017, 17:05,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin ilk Günəş tutulması hadisəsi başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov
APA-ya bildirib ki, proses saat 16:12-də başlayıb, saat 18:54-də maksimumda olacaq, saat 21:35-də bitəcək. O qeyd edib ki, həlqəvari Günəş tutulması Amerika, Cənubi Afrikanın qərbində müşahidə olunacaq. X. Mikayılov vurğulayıb ki, bu hadisəni Azərbaycandan izləmək mümkün olmayacaq.
Qeyd edək ki, bu il 2 Ay və 2 Günəş tutulması hadisəsinin baş verəcəyi açıqlanıb.
İlk ay tutulması fevralın 11-də qeydə alınıb. Növbəti Ay tutulması avqustun 7-də, ikinci Günəş tutulması isə avqustun 21-də olacaq. Bu hadisələrin insanlar üçün heç bir təhlükəsinin olmadığı, adi astronomik hadisə olduğu bildirilir.