"Rossiya 1" telekanalı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında süjet yayımlayıb

"Rossiya 1" telekanalı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında süjet yayımlayıb Fervalın 26-da "Rossiya 1" telekanalında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasına həsr edilmiş süjet nümayiş olunub.

Trend-in məlumatına görə, telekanalın efirində həftəlik proqramın aparıcısı Dmitri Kiselyov bildirib ki, Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi məntiqlidir, çünki birinci xanım praktiki olaraq ölkənin ictimai və siyasi həyatında iştirak edir, idarəetmə işində mühüm təcrübəyə malikdir, onun nüfuzu danılmazdır:

"Azərbaycan Parlamentinin üç çağırış deputatı olan Mehriban Əliyeva xeyriyyəçilik fəaliyyəti göstərən Heydər Əliyev Fonduna uğurla rəhbərlik edir. Onun rəhbərliyi altında Bakı "Eurovision" mahnı müsabiqəsini uğurla keçirdi".

Süjet çərçivəsində "Rossiya 1" kanalının müxbiri Denis Davıdov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən danışıb. Bildirib ki, Mehriban Əliyeva deputat olaraq parlamentdəki işi ilə xeyriyyəçilik fəaliyyətini uğurla birləşdirir.

"Rossiya 1" telekanalının müxbiri qeyd edib ki, Azərbaycanın birinci xanımı artıq 15 ildir Heydər Əliyev Fonduna rəhbərlik edir. Fondun dəstəyi ilə yüzlərlə məktəb və xəstəxana, o cümlədən Talassemiya Mərkəzi inşa olunub. O qeyd edib ki, "Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramı"nın hazırlanmasının təşəbbüskarı məhz Mehriban xanım Əliyevadır.

Live.az həmin süjeti təqdim edir:




Şərhlər
Siyasət bölməsinin xəbərləri