Gəncədə məişət tullantıları yandıran qadın özü də yanıb

Gəncə şəhərinin Məhsəti qəsəbəsində yanğın hadisəsi baş verib. Kəpəz rayon Polis İdarəsindən APA-nın verilən məlumata görə, hadisə bu gün günorta saatlarında olub.


Kəlbəcər rayon sakini, 1955-ci il təvəllüdlü Sədaqət Məmmədyarova həyətində məişət tullantılarını yandırmaq istəyərkən, ehtiyatsızlıqdan üstünə tökülən neft alışıb.


Qadın dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri