Sığorta bazarı illik 10% artıb

Sığorta bazarı illik 10% artıb 2016-cı il ərzində Azərbaycanda sığorta şirkətləri tərəfindən 486 milyon 74 min manat sığorta haqqı toplanıb. Bu da 2015-ci il ilə müqayisədə 42 milyon 855 min manat və ya 9,68% çoxdur.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, hesabat ilində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi də illik müqayisədə 57 milyon 009 min manat və ya 31,63% artaraq 237 250 616 manata çatıb.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 48,8 manatı ödəniş edilib. Qeyd edək ki, 2015-ci ildə bu göstərici 40,7 manat olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri