Almaniyadan Azərbaycanla oyuna səfər üçün 800 bilet sifariş edilib

Almaniya milli komandasının fan-klubu Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün 800 bilet sifariş edib.

Live.Az Report-a istinadən məlumat verir ki, bununla bağlı Almaniya Futbol İttifaqına (DFB) müraciət edilib.

Onların bilet xərclərini məşhur şirkətlərdən biri öz üzərinə götürüb. Bu jest 29 mart 2003-cü ildə təsis edilən fan-klubun ad gününə kiçik hədiyyə məqsədilə edilib. Azarkeş qrupunun 10 illiyi münasibətilə də belə addım atılmışdı. 2013-cü ilin martında azarkeşlər Almaniya yığmasının Astanada Qazaxıstanla oyununa havayı səfər etmişdilər.

Qeyd edək ki, DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Almaniya matçı martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüş saat 20:00-da start götürəcək..
Şərhlər
İdman bölməsinin xəbərləri