Mikayıl Müşfiqin abidəsi dağıdılmayıb [Rəsmi]
- 27.02.2017, 13:38,
- Cəmiyyət / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının "Sovetski" adlandırılan ərazisində Mikayıl Müşfiqin heykəlinin dağıdılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
O qeyd edib ki, ərazidə abadlıq işləri aparılır:
""Sovetski" kimi tanınan ərazidə abadlıq və yenidənqurma işləri aparılır. Görkəmli şair Mikayıl Müşfiqin abidəsi də həmin əraziyə düşür. Ona görə də, aidiyyəti qurumlarla - Bakı şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və digər əlaqədar qurumlarla razılaşdırılaraq həmin abidə ziyan dəyməmək məqsədilə götürülərək anbarda saxlanılır. Həmin ərazidə kiçik park var idi. Yenidənqurmadan sonra həmin park daha böyük ərazini əhatə edəcək və abidə yenidən ora qaytarılacaq".
“Azəravtoyol” ASC Mikayıl Müşfiqin büstünün fotolarını yayıb.