Könül Nağıyeva türk serialında rol alacaq
- 28.02.2017, 12:38,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ancelina Colinin rol aldığı serialda azərbaycanlı aktrisa da yer alıb.
Live.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Hayat körpüsü" adlanan serialın baş qəhrəmanları "Nargis" jurnalının keçmiş baş redaktoru, aktrisa Könül Nağıyeva və aktyor Mustafa Yabaş olacaq.
Könül ekran işində Əzizə obrazını canlandıracaq. Layihə TRT 1-də 3 sezon davam edəcək, suriyalı qaçqınların həyatından bəhs edəcək.
Serialda bir neçə bölümlük Ancelina Coli, Nensi Ajram, Perihan Savaş rol alacaqlar. Əvvəlcə Kriştianu Ronaldunun layihədə yer alacağı barədə məlumat yayılsa da futbolçu açıqlamasında serialda rol almayacağını söyləyib.
Artıq ekran işinin tanıtım videosu Qaziantepdə çəkilib.