Ollandın iştirakı ilə keçirilən tədbirdə snayper iki nəfəri yaralayıb

Fransanın Şaranta departamentində prezident Fransua Ollandın iştirakı ilə keçirilən tədbirdə baş verən silahlı insident nəticəsində iki nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, tədbirdə təhlükəsizliyi təmin edən snayperin xidməti silahından təsadüfən atəş açılıb, nəticədə iki nəfər yaralanıb.

İnsident Fransua Ollandın Tur və Bordo şəhərlərini birləşdirəcək yüksəksürətli qatarlar üçün yeni dəmiryolu xəttinin açılış mərasimində çıxışı zamanı baş verib.

“Ümid edirəm, qorxulu heç nə baş verməyib” – deyə Olland atəş eşidərək bildirib.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Araşdırma aparılır.
Şərhlər
Dünya bölməsinin xəbərləri