Narahatlıq doğuran statistika - ölən, yaralanan, qayda pozanlarla bağlı

Narahatlıq doğuran statistika - ölən, yaralanan, qayda pozanlarla bağlı Yanvarın əvvəlindən fevralın 16-a qədər baş vermiş yol-qəza hadisələrində piyadaların avtomobillərlə vurulması halları çox ciddi narahatlıq doğurur və ciddi tədbirlərin görülməsini zəruri edir.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsəsdov bildirib ki, qeyd olunan müddət ərzində Bakı şəhərində yol-nəqliyyat hadisələrində 22 nəfər həyatını itirib ki, bunun da 13-ü piyadalardır.

Piyadalarla bağlı həyata keçirilən zəruri tədbirlər davam etdirilir. Təhlükəsizliyin təmin edilməsi ilə bağlı qeyd edilən tarix ərzində ümumilikdə yol polisi əməkdaşları tərəfindən 91,625 inzibati protokol tərtib edilib. Eyni zamanda 22,753 piyada saxlanılaraq məsuliyyətə cəlb edilib. Bundan əlavə mərkəzi məlumat sistemi vasitəsilə elektron qaydada 74,848 protokol tərtib edilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri