ARDNF bu il hərraclarda 543,4 mln. dollar satıb

Yanvarla müqayisədə fevralda satışlar azalıb
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yanvar-fevral ayları ərzində Mərkəzi Bank tərəfindən keçirilən valyuta hərraclarında 543,4 mln. dollar məbləğində vəsait satıb.

APA ARDNF-in bu gün açıqladığı məlumata istinadən xəbər verir ki, fevralda keçirilən hərraclarda satılan valyutanın həcmi 258,4 mln. dollar təşkil edib.

Bundan öncə açıqlanan məlumata əsasən isə yanvar ayı ərzində Fond valyuta hərraclarının iştirakçılarına 285 mln. dollar satıb.

Rəqəmlərin müqayisəsi göstərir ki, yanvar ayı ilə müqayisədə ötən aykeçirilən valyuta hərraclarında satılan vəsaitin məbləği 9,3% azalıb.

Qeyd edək ki, 2016-cı ildə keçirilən valyuta hərraclarında ARDNF 4,9 mlrd. dollar satıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri