Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının gediş haqqı artırılacaq
- 02.03.2017, 17:19,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabahdan Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının gediş tariflərində dəyişiklik ediləcək.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, xidmət xərclərinin balanslaşdırılması məqsədilə martın 3-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı tarifləri aşağıdakı cədvələ uyğun olaraq dəyişdirilir:
Bakı-Sumqayıt (Sumqayıt-Bakı)
ekonom - 1,0
biznes - 1.60
Bakı-Biləcəri (Biləcəri-Bakı)
0.40
1,20
Bakı-Xırdalan (Xırdalan-Bakı)
0.60
1.40
Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri)
0.40
0.80
Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri)
0.80
1.40
Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan)
0.60
1,20