Tovuz sakini boğazına kəsici alətlə xəsaərt yetirib

Tovuz rayon sakini boğazına kəsici alətlə xəsarət yetirib.

APA-nın verdiyi məlumata görə, rayon sakini 1978-ci il təvəllüdlü Samir Məmmədov sərxoş vəziyyətdə boğazını kəsici alətlə kəsib. O dərhal Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri