Azərbaycanda multimilyonçuların sayı kəskin artacaq
- 03.03.2017, 09:35,
- Iqtisadiyyat / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
MDB-də sərvəti 30 mln. dollardan çox olan multimilyonçuların sayı 2006-cı ildən 2016-cı ilədək 30%-dən çox artaraq 3 230 nəfərə çatıb.
Live.az APA-ya istinadən bildirir ki, bu barədə "Knight Frank" şirkətinin hesabatında deyilir.
Bildirilir ki, hesabat dövründə yalnız Rusiyada multimilyonçuların sayı 31% artaraq 2 750 nəfər təşkil edib. Şirkətin proqnozlarına əsasən, 2016-2026-cı illərdə Rusiyada sərvəti 30 mln. dollardan çox olan multimilyonçuların sayı 60% artaraq 4 440 nəfər təşkil edəcək. Qeyd edilən dövr ərzində sərvəti 10 mln. dollar olan şəxslərin sayı 60% artaraq 9 680 nəfərə çatacaq.
Şirkətin analitikləri proqnozlaşdırır ki, MDB-də sərvəti 30 mln. dollardan çox olan şəxslərin sayı 2026-cı ilədək 60% artaraq 5 170 nəfər təşkil edəcək. "Bundan sonrakı 10 il ərzində MDB-dəki multimilyonçuların sayı 60% artacaq. Azərbaycan və Qazaxıstan artım tempinə görə Rusiyaya çatacaq. Beləliklə, regionda multimilyonçuların sayı 5 170 nəfərə çatacaq", - deyə sənəddə qeyd edilib.
2016-cı ildə Rusiyadakı dollar milyarderlərinin sayı 83 nəfər olub. Şirkət 2026-cı ilədək Rusiyadakı milyarderlərin sayının 133-ə çatacağını proqnozlaşdırır. Ümumilikdə növbəti 10 ildə MDB-dəki milyarderlərin sayının 90-dan 144-ə çatacağı gözlənilir.
APA