Azərbaycanın 900-dək vətəndaşı Suriya və İraqda terrorçulara qoşulub
- 03.03.2017, 12:04,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycanın 900-dək vətəndaşı radikal təşkilatların təsiri altında Suriya və İraqda terrorçulara qoşulub”.
APA-nın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusuna keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, onlardan çoxu döyüşlər zamanı öldürülüb.
M. Quliyev qeyd edib ki, onlardan 84 nəfər şəxs cinayət məsuliyyətinə cəlb olunub, son bir ildə 54 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib.