Azərbaycanda ödənişli avtomobil yollarından istifadə qaydaları açıqlanıb

Azərbaycanda ödənişli avtomobil yollarından istifadə qaydaları açıqlanıb Azərbaycanda ödənişli avtomobil yollarından istifadə qaydaları açıqlanıb.


APA-nin məlumatına görə, istifadə qaydaları yeni qüvvəyə minən «Avtomobil yolları haqqında» qanuna edilən dəyişikliklərdə əksini tapıb.


Azərbaycan Milli Məclisi ödənişli avtomobil yolu istifadəçisinin gediş üçün ödənişi həmin yolun sahibi ilə bağlanmış müqavilə əsasında həyata keçirməsini qərara alıb. Müqavilənin bağlanması gediş üçün ödəmə sənədi ilə təsdiq edilir. Ödənişli avtomobil yolundan istifadəyə xitam verilməsi və dayandırılması halları istisna olmaqla, avtomobil yolunun sahibi həmin yoldan istifadə üçün müqavilə bağlamaqdan əsassız imtina edə bilməz.


Qanuna görə, ödənişli avtomobil yolunun sahibinin vəzifələrinə müəyyən edilmiş sürət rejimi nəzərə alınmaqla, ödənişli avtomobil yolu ilə nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etmək, ödənişli avtomobil yolundan normal istifadəyə mane olan nasazlıqları vaxtında aradan qaldırmaq, ödənişli avtomobil yolunun istifadəçilərini ödənişin miqdarı, ödəmə qaydası habelə həmin yol boyu göstərilən xidmətlər barədə məlumatlarla təmin etmək daxildir.


Müdafiə əhəmiyyətli, ictimai asayişin qorunması, fövqəladə halların aradan qaldırılması, qəza-bərpa işləri ilə əlaqədar olan daşımalarda iştirak edən, habelə polis və təcili tibbi yardım xidmətlərinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ödənişli avtomobil yolu ilə gediş üçün ödənişdən azaddır.


Özəl avtomobil yollarının sahibləri ayrı-ayrı kateqoriyalardan olan istifadəçilər və ya nəqliyyat vasitələrinin müəyyən növləri üçün güzəştlər tətbiq etmək hüququna malikdir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri