"Kaspersky Lab": Ötən il Azərbaycana 2,2 milyondan çox kiberhücum cəhdi olub
- 03.03.2017, 12:05,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2016-cı ildə Azərbaycanda fəaliyyət göstərən şirkətlərə 2,2 milyondan çox hücum cəhdi olub.
Live.az APA-ya istinadən xəbər verir ki, bunu "KasperskyLab" şirkətinin eksperti Sergey Lojkin bu gün Bakıda keçirdiyi brifinqdə bildirib.
Məlumata görə, hücum cəhdlərinin əksəriyyəti, yəni 84%-i Bakıda fəaliyyət göstərən şirkətlərə qarşı aparılıb.
Bundan başqa, Bakıda hücuma məruz qalmış korporativ kompüterlərin sayı ümumilikdə 11 min təşkil edib.