Yellen: FED martın 15-də uçot dərəcəsini artıracaq

Yellen: FED martın 15-də uçot dərəcəsini artıracaq ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artıracaq.

Bu barədə FED-in rəhbəri Canet Yellen bildirib.

“Çox güman ki, martın 15-də baş tutacaq iclasda uçot dərəcəsi artırılacaq. Növbəti iclasda biz işsizlik səviyyəsi və inflyasiyanın səviyyəsinə qiymət verəcəyik. Bazarlarda inkişaf gözlədiyimiz kimi olsa uçot dərəcəsinin artırılması labüdləşəcək””, deyə C.Yellen vurğulayıb.

Fevralın 23-də FED uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan etmişdi.

Qeyd edək ki, ötən ilin dekabrın 14-də uçot dərəcəsini 0,5-0,75% artıran FED bu ilin yanvarında uçot dərəcəsini dəyişməyib.


APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri